"Tuba" Azərbaycanda Təbii Bulaq suyunun yeni adı!  Yüksək keyfiyyəti, yumşaqlığı və dadı ilə əvəzolunmaz su. Təsis tarixi 2009-cu ilə təsadüf edən “Savalan Abu-Həyat” MMC-nin istehsal etdiyi “TUBA” əmtəə nişanlı bulaq suyu Lerik rayonunun Zuvand ərazisində dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə yerləşən çeşmədən götürülür. Bu suyun mənbəyi Savalan dağlarına aid olmaqla özünün tərkib keyfiyyətlərinə görə digər mineral tərkibli bulaq sularından fərqlidir. “Tuba” bulaq suyu Zuvand ərazisində çeşmədən fiziki kimyəvi göstəricilərinə görə standartların tələblərinə uyğunluğu baxımından nəzərləri cəlb edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ETTB institutunun rəyinə əsasən maddələr mübadiləsinin pozulması zamanı istifadə olunması tövsiyyə edilmişdir. Tərkibindəki komponentlərə görə bu su uzunömürlülərin süfrə suyudur. Suda olan təbii keyfiyyəti saxlamaqla bərabər onu hər cür kənar mənfi təsirlərdən qorumaqdan ötəri dünyanın aparıcı dövlətlərinin istehsalı olan texnoloji avadanlıq və materiallardan istifadə olunmuşdur.


 

 

 

 

 



“Tuba” bulaq suyunun çeşmədən götürülməsi, nəqli, qəbulu, saxlanılması və satışa təqdim olunması proseslərində müəssisəmiz termos tipli avtosisternadan, termos tipli qəbul çənlərinədək “Dəyişməz keyfiyyətlə çatdırma”-da bir ilkə imza atmışdır ki, bu da suyun uzun müddət keyfiyyətini qorunmasında müstəsna rol oynayan bir amildir. Su doldurma – satış məntəqələrində görülən bu işlərlə yanaşı “Tuba” bulaq suyu baktereoloji sistemdən keçməklə laborator yoxlamalarından sonra 20 litr həcmli qablarda qazsız formada müştərilərin istifadəsinə verilir. Uyğunluq və gigyenik sertifikatları ilə bu sahədə fəaliyyət göstərən müəssisəmiz orqanizmin suya olan ehtiyacının qidalanmaya olan ehtiyacından daha çox olduğunu nəzərə almaqla uzunömürlülük nişanəsi olan bu suların süfrələrinizin bəzəyinə çevrilməsindən məmnunluq duyacaqdır.

               



"Tuba" bulaq suyunu evinizə və iş yerinizə rahatlıqla sifariş verə bilərsiniz. Həm də həftənin 7 günü saat 9:00-dan 19:00-da kimi zəng edə sifariş verə və yaxud maraqlandığınız sualları soruşa bilərsiniz.

QAYNAR XƏTT: 012 566-32-59

Bütün hüquqlar qorunur!
Savalan ABU-Hə™yat 2010